Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Xatirə Əliyevanın ”Xəyalsız illərim” adlı kitabının təqdimatı keçirilib

20.04.2026

20 aprel 2026 - cı il tarixində Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin  birgə təşkilatçılığı ilə şəhid anası Xatirə Əliyevanın "Xəyalsız illərim" adlı kitabının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət  işçiləri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının bir qrup məsul işçiləri,  rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
 Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Prezidenti , Ali Baş Komandan  İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq bildirdilər. Çıxışlarda  Xatirə Əliyevanın  qələmə aldığı "Xəyalsız illərim" adlı kitabı haqqında geniş məlumat  verildi. Kitabda müəllifin 2020 - ci ildə Vətən müharibəsində şəhid olmuş oğlu, cəsur hərbiçi Xəyal Əlizadə ilə bağlı ayrılıq, həsrət kök salmış şeirləri, həmçinin vətənimizin müdafiəsində  şəhid olmuş Azərbaycan oğulları haqqında , eləcə də müəllifin ömür yolundan bəhs edən poeziya incilərinin  öz əksini tapdığı qeyd olundu. 
Xatirə Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya   minnətdarlığını bildirdi.
Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsi tərəfindən Xatirə Əliyevaya hədiyyə verildi.