13 mart 2019-cu il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzinin , Barxudarlı kənd ümumi orta məktəbin və Mərkəzdə fəaliyyət göstərən Multimedia kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Cəfər Cabbarlının 120 illiyinin qeyd olunması ilə əlaqədar Qazax şəhər 5 saylı orta məktəbdə “Bədii həqiqətlər ustadı” başlıqlı tədbir keçirilmişdir. İlk olaraq Barxudarlı kənd ümumi orta məktəbin direktoru Məleykə Almazova və Mərkəzin direktoru Ceyhunə Hüseynova C.Cabbarlının həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdirlər. Mərkəzin direktoru Ceyhunə Hüseynova bildirmişdir ki, -“Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətləri olmuş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas , qüdrətli sənətkar olmuşdur. Bununla belə onun yaradıcılığı tam öyrənilməmiş, kifayət qədər tədqiq edilməmişdir.Lakin Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra C.Cabbarlı irsini dəyərləndirmək zərurəti yaranmışdır... Məktəbin Ədəbiyyat müəlliməsi Məmmədova Afaq C.Cabbarlının “Ana” şerini söyləmiş, məktəbin şagirdləri Xasıyeva Leyla, Bayramova Gülzadə, Qafarov Elnur, Qədimov Niyazi, Mürsəlov Nurlan, Quliyev Rəşad, Əliyev Ruslan və Hacılı Paşa C.Cabbarlı yaradıcılığından şeirlər demiş, müəllifin “1905-ci ildə” əsərindən bir parça kompozisiya göstərmişdirlər. Tədbir C.Cabbarlıdan bəhs edən filmin nümayişi ilə sona çatmışdır.