01.06.2026
İyunun 1-də Şəmkir Rayon Mədəniyyət Mərkəzi və Şəmkir Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq Reabilitasiya Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirin açılışında Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin direktoru Aynur Məsimova çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onların sağlam, xoşbəxt və qayğıkeş mühitdə böyüməsinin vacibliyini vurğulayıb. O, uşaqlara göstərilən diqqət və qayğının cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayə olduğunu qeyd edib.
Tədbir çərçivəsində solistlər və musiqi məktəbinin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib. İfa edilən rəngarəng musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və uşaqlara xoş ovqat bəxş edib. Həmçinin reabilitasiya mərkəzinin uşaqları tərəfindən hazırlanan çıxışlar da tədbirə xüsusi rəng qatıb.
Tədbirdə rəsm dərnəyinin müəllim və şagirdlərinin iştirakı ilə uşaqlar üçün "face art" təşkil olunub.