01.06.2026
İyunun 1-də Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə "Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar" adlı əyləncəli-musiqili bayram tədbiri keçirilib.
Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, musiqi məktəblərinin şagird və müəllimləri, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, yaradıcı kollektivlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Azərbaycan uşaqlarının əsl vətəndaş və layiqli şəxsiyyət kimi formalaşması üçün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çünki uşaqlar yalnız bizim gələcəyimiz deyil, onlar bu günümüzün ən böyük sevincidir.
Tədbirdə “Xarı bülbül” xor qrupu, Sevinc Cəfərova, Zəhra Abdullazadə, Aylin Məmmədova, Ömər Mehdizadə, Məhəmməd Əhmədli, Leyla Qubatova, Miryusif Ağazadə, “Buta” rəqs qrupu, “Ədalət yurdu” Aşıqlar qrupu, “Cəfər” ritm qrupu, Səadət Yaqubova və başqalarının ifasında musiqili kompozisiyalar ilə davam edilib.