01.06.2026
İyunun 1-də Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Körpə təbəssümü" adlı əyləncəli tədbir keçirilib.
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhid övladları, məktəblilər, mədəniyyət müəssisələrində təhsil alan şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə uşaqların hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Nizami adına Mədəniyyət Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu gün münasibətilə uşaqları təbrik edib, onlara hədiyyələr bağışlayıb.
Tədbirin bədii hissəsində Tovuz Xalq teatrının Abdulla Şaiqin eyniadlı pyesi əsasında hazırladığı "Tıq-tıq xanım" nağıl-tamaşası nümayiş olunub.