Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01.06.2026

İyunun 1-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Dünyanı uşaqlara verək" adlı tədbir keçirilib.

Tədbirdə qəyyumluğa götürülmüş uşaqlarla yanaşı sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edib.

Tədbir çərçivəsində təqdim edilən musiqili-əyləncəli proqram və yeniyetmələrin əl işlərindən ibarət sərgi və rəsm əsərləri uşaqların marağına səbəb olub.