18.05.2026
18 may-Beynəlxalq Muzeylər Günü qeyd olunub
Ağstafa Rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları ilə seminar-müşavirə keçirilib.
Mayın 18-də keçirilən seminar-müşavirədə Regional İdarənin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, aparatın əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon Komitələrinin sədrləri və muzey direktorları iştirak ediblər.
Tədbirdə 2026-cı ilin ilk beş ayı ərzində muzeylər tərəfindən görülən işlər və mövcud gündəlikdə duran məsələlər müzakirə edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda muzey direktorları fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.
#QazaxTovuzRMİ #18May #BeynəlxalqMuzeylərGünü #mədəniyyət