Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilib

05.05.2026

Tovuzda “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilib

Mayın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz rayon Nizami adına Mədəniyyət Evində keçirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov iştirak ediblər.

Tədbir çərçivəsində Tovuz Rayon Mədəniyyət Mərkəzinin “LA” rəsm dərnəyinin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevin təsvir olunduğu rəsm əsərləri çəkilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda I yeri “Alpaqut” komandası, II yeri “Flaqman” komandası, III yeri isə “Qaliblər” komandası qazanıb.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif ediliblər.