15.04.2026
Gədəbəydə Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə tədbir keçirilib
Aprelin 15-də Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbində mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon Komitəsinin birgə təşkilatçılığı ilə 15 aprel – Beynəlxalq Mədəniyyət Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bu günün əhəmiyyəti, mədəni irsin qorunmasının vacibliyi və xalqımızın zəngin, çoxşaxəli mədəniyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər birimizin əsas vəzifələrindən biridir.
Tədbirdə incəsənət nümayəndələri tərəfindən səsləndirilən ifaları tamaşaçılar böyük maraqla qarşılayıb.
#QazaxTovuzRMİ #Gədəbəy #mədəniyyət #İncəsənət