15.04.2026
Aprelin 15-də Ağstafa rayon Mədəniyyət Mərkəzində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində rayon üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Əvvəlcə mədəniyyət mərkəzinin foyesində təşkil olunmuş kitab sərgisinə baxış keçirilib. Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin çoxşaxəliliyi və özünəməxsusluğu, respublikamızda mədəniyyətimizin inkişafı və qədim adət-ənənələrimizin qorunub saxlanılması istiqamətində görülən işlərdən bəhs edilib.
Tədbirin bədii hissəsində incəsənət nümayəndələri tərəfindən müxtəlif gözəl musiqi nömrələri və rəqs kompozisiyaları təqdim olunub.