15.04.2026
Şəmkirdə 15 aprel – Beynəlxalq Mədəniyyət Günü qeyd edilib
15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə Şəmkir Rayon Tarix - Diyarşünaslıq Muzeyində "Rənglərdə və səslərdə mədəniyyət" adlı tədbir keçirilib.
Aprelin 15-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Şəmkir rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin müəllim və tələbələrinin əl işlərindən ibarət rəsm sərgisinə, həmçinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisinə baxış keçirilib.
Daha sonra bu günün yaranma tarixi, əhəmiyyəti və ölkəmizdə mədəniyyət sahəsinin müasir inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib.
Tədbirin bədii hissəsində Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin solistləri Vüqar Vəliyev, Vüqar Qurbanov, Maşallah Dünyamalıyev, Ramil Allahverdiyevin ifaları, eyni zamanda rəqs ansamblının və Uşaq Musiqi Məktəbinin şagirdlərinin çıxışları tədbirə xüsusi rəng qatıb.