Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda 15 aprel - Beynəlxalq Mədəniyyət Günü ilə bağlı tədbir keçirilib

14.04.2026

Tovuzda 15 aprel - Beynəlxalq Mədəniyyət Günü ilə bağlı tədbir keçirilib

Tovuz rayon Nizami adına Mədəniyyət evinin qarşısında Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin, Tovuz Rayon İcra Hakimiyyətinin və YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə “Mədəniyyət millətin mənsubiyyətidir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, idarə və müəssisə rəhbərləri, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mədəniyyətin əhəmiyyəti, onun qorunması və inkişafı barədə geniş məlumat verib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi xüsusi diqqəti vurğulayıb, milli irsimizin qorunması və dünyaya tanıdılması istiqamətində atılan mühüm addımlardan bəhs edib.

Tədbirin davamında iştirakçılar rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgiyə baxış zamanı iştirakçılar rəssamların əl işlərinə böyük maraq göstərib, əsərlərin ideyası və bədii xüsusiyyətləri ilə yaxından tanış olub, mədəniyyətimizin inkişafında belə təşəbbüslərin əhəmiyyətini bir daha vurğulayıblar.

Tədbirin bədii hissəsində incəsənət nümayəndələri tərəfindən bir-birindən gözəl musiqi nömrələri və rəqs kompozisiyaları təqdim olunub. Səsləndirilən musiqilər və nümayiş olunan rəqslər milli ruhumuzu, zəngin mədəni irsimizi və incəsənətimizin gözəlliyini bir daha əks etdirib.