Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

20.03.2026

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

Martın 20-də Tovuz şəhər Heydər Əliyev meydanında xalqımızın milli-mənəvi dəyərlərini, zəngin adət-ənənələrini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri təşkil edilib.

Tədbirdə Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl obrazları faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar.

Meydanın mərkəzində tonqal qalanıb, milli oyunlar və Novruz adət-ənənələri təqdim olunub.

Bayram şənliyi rayonun mədəniyyət və incəsənət kollektivlərinin təqdimatında nümayiş olunan rəngarəng çıxışlar, milli musiqilər və rəqslər ilə konsert proqramı davam etdirilib.

#QazaxTovuzRMi #Novruz #bayram #Tovuz