11.12.2017
Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “Tariximizin Heydər Əliyev zirvəsi” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Ağstafa rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi Laçın Məhərrəmova, öz çıxışında bildirdi ki, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatından 14 il ötür. Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ağstafa Rayon Tarix Diyarşunaslıq muzeyinin işçisi Mətanət Qafarova öz çixişinda bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun ömrü əbədiyyətə qovuşsa da, onun yaratdığı çağdaş tarix öz uğurlu yoluna davam etməkdədir.