Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon MKS-də  “Hüquqlarımızı öyrənək ” adlı maarifləndirici  tədbir təşkil edilib

05.06.2026

05.06.2026-cı il tarixdə Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş  “İnsan Hüquqları Aylığı ” çərçivəsində  “Hüquqlarımızı öyrənək ” adlı maarifləndirici  tədbir təşkil edib. Tədbirdə Oxuculara Xidmət şöbəsinin əməkdaşı Şəbinə Həsənova çıxış edərək iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyası, BMT-nin İnsan və Uşaq Hüquqları Konvensiyaları haqqında ətraflı məlumat verib, Azərbaycanda insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu  diqqətə çatdırıb. Tədbirdə iştirak edən məktəblilər də çıxışlarında  öz hüquqları ilə yanaşı, cəmiyyət qarşısında vəzifələri barədə fikir mübadiləsi aparıblar. Tədbirin əsas məqsədi insan hüquqları sahəsində maarifləndirmə işinin gücləndirilməsi,hüquq düşüncəsini inkişaf etdirmək, cəmiyyətdə hüquq mədəniyyətinin təbliği olub. 
Sonda mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth