31.03.2026
31 mart 2026-cı il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş "31 Mart Soyqırımı-tariximizin qanlı səhifəsi" başlığı altında dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirildi. Tədbirdə qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək bildirdi ki, 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.Sonda dərnək üzvlərinin mövzunu əks etdirən rəsmlər nümayiş olundu.