06.03.2026
06 mart 2026-cı il tarixində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirin məqsədi cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirmək və onların ictimai-mədəni həyatda fəaliyyətini təqdir etmək olub.
Tədbirdə Şəmkir Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış musiqili çıxışlar və rəqs nömrələri təqdim olunub. Proqram çərçivəsində rayon musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi də çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Sonda mədəniyyət sahəsində fəallığı ilə seçilən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim olunub, tədbirin yekununda isə Şəmkir Rayon MİHİ tərəfindən iştirakçılar üçün çay süfrəsi təşkil edilib.