Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda Maarif Həsənoğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

05.03.2026

5 mart 2026-cı il tarixində Tovuz rayon İcra Hakimiyyətinin və Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə xalq şairi Maarif Həsənoğlunun 70 illik yubileyinə həsr olunmuş "Mənim ürəyimə baxın a dostlar" adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, Maarif Həsənoğlu heç kimi təkrarlamayan, daimi yeni fikir, yeni söz axtarışında olan, hər misranın üzərində əsən şairlərimizdəndir. Onun şeirlərinin bu qədər sevilməsinin, dildən-dilə düşməsinin səbəbini ilk növbədə onun səmimiyyətində, dilinin sadəliyində, özünəməxsus düşüncə tərzində axtarmaq lazımdır. Daha sonra qeyd edilib ki, Maarif el-  obasına, yurd- yuvasına bağlı bir şairdir.