Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya

26.02.2026

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin IV kurs tələbələri ilə Tunc dövrü mövzusunda tarix dərsi keçirilmişdir.
Dərs zamanı IV kurs tələbələri Tunc dövrünə aid ekspozisiya bölmələri ilə tanış edilib. Həmin dövrü əks etdirən arxeoloji tapıntılar, məişət əşyaları və maddi mədəniyyət nümunələri nümayiş etdirilib. Tunc dövrünün sosial-iqtisadi həyatı, istehsal vasitələri və məişət xüsusiyyətləri haqqında məlumatlar verilib. Eksponatların hazırlanma texnikası və tarixi əhəmiyyəti izah edilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, elmi müzakirələr aparılıb. Tədris prosesində muzey materiallarından əyani vəsait kimi istifadə edilib. Dərsin sonunda mövzu üzrə ümumi nəticələr çıxarılıb və biliklərin möhkəmləndirilməsi təmin edilib.