Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Xocalı qan yaddaşım” adlı tədbir keçirildi

25.02.2026

25 fevral 2026 - cı il tarixində Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Xocalı qan yaddaşım" adlı tədbir keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirdilər. O cümlədən qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi bu hadisənin insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu bir daha sübut etdiyi qeyd olundu. Həmçinin çıxışlarda  Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl və məqsədyönlü iş aparıldığı vurğulandı.
Çıxışlarda xüsusi olaraq qeyd olundu ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub və Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Xocalının azad edilməsi şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi ədalətin bərpa olunduğunu bir daha təsdiqləyib.
Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbirin keçirilməsində əsas məqsəd  faciənin tarixi həqiqətlərini ictimaiyyətə  çatdırmaq, insanlarda vətənpərvərlik ruhunu gücləndirmək və şəhidlərimizin əziz xatirəsinə hörmət hissini aşılamaq olmuşdur.