30.01.2026
Qazaxda Azərbaycan Gəncləri Günü qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin, MİHİ Qazax rayon Komitəsinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin və “Qazax Gənclər evi” SXM-nin birgə tərəfdaşlığı ilə keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, həmçinin fəal gənclər iştirak ediblər.
30 yanvar tarixində “Qazax Gənclər evi” sosial xidmət müəssisəsində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. Daha sonra iştirakçılar Qazax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi tərəfindən rəngarəng musiqi nömrələri təqdim edilib. Səsləndirilən bütün ifaları tamaşaçılar rəğbətlə alqışlayıblar.