27.01.2026
27 yanvar 2026-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında 44 Günlük Vətən Müharibəsinin Qazax şəhidlərinin xatirəsinə həsr olunmuş “Qazax elinin şəhidləri; Əbədiyyətə qovuşanlar” adlı dəyirmi masa təşkil edib. Tədbirdə tələbələr və fəal oxucular iştirak ediblər. İlk öncə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova doğum günləri yanvar ayında qeyd olunan Qarabağ müharibəsinin İkinci Qarabağ müharibəsinin Qazax şəhidlərinin qısa və şərəfli ömür yolunundan məlumat verib. Şəhid Tahir Niyazi İsmayılov "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə, Şəhid Məhəmməd Zakir oğlu Məmmədov "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması" və “Vətən uğrunda” medalları ilə, şəhid Teymur Zaur oğlu Hacıyev "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə, şəhid Nicat Nəsibov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə , Azərbaycan Respublikasının Daxili Qoşunları tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuş Elvin Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə , "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.