19.01.2026
19 yanvar 2026-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon MKS-nin birgə təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Azadlığa gedən yol” mövzusunda tədbir təşkil edilib.
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir iştirakçılarına 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. 36 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq. Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Tədbirdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirilib və "Azadlığa gedən yol" başlığında sərgiyə baxış keçirilib.
Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.