19.01.2026
19 yanvar 2026-cı il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "Ünvanı dəyişən Al Qərənfilim" adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində günahsız insanlar amansızlıqla qətlə yetirilib. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşmüşdür.
20 Yanvar faciəsi təkcə böyük bir hüzn deyil, eyni zamanda Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyin və azadlıq əzminin parlaq təzahürüdür.
Tədbir Tovuz rayon Mədəniyyət Mərkəzinin hazırladığı 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
#20yanvar #20yanvar1990 #QazaxTovuzRMİ #mədəniyyət