Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Yeni ilə yeni ugur gətirək” adlı tədbir keçirilib

24.12.2025

24 dekabr 2025-ci il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin təşkilatçılığı ilə birgə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə "Yeni ilə yeni ugur gətirək" adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Məktəbin direktoru Ramil Qurbanov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsi çıxış edərək kollektivi və uşaqları Yeni il münasibəti ilə təbrik etdilər. Sonra məktəbin müəllimləri Gülşən Adıgözəlova, Ərkinaz Hacıyeva, İradə Allahverdiyeva. Fəridə Qazıyeva çıxışlarında Yeni ilin gəlişini hər bir ailəyə sevinc gətirəcəyini diqqətə çatdırdılar.
Daha sonra Şaxta baba uşaqlara hədiyyə verərək onları sevindirdi. Yekunda uşaqlar bayram sevincini musiqi sədaları altında keçirdilər.