16.12.2025
16 dekabr 2025-ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Mülki Müdafiə Tədbirlər planına uyğun olaraq xəbərdarlıq toplanış üzrə mülki müdafiə təlimi keçirilib.
Təlim zamanı Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Firdovsi Rəhimbəyli iştirakçılara ətraflı məlumat verdi. Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması olub.