Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü  ilə bağlı  konfrans keçirilib

10.12.2025

Tovuz rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü  ilə bağlı  konfrans keçirilib.
10 dekabr 2025-ci il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi üzrə Tovuz rayonu mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli lider dövlətimizin qurucusu və memarı Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" mövzusunda konfrans keçirilib.
Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib. Ümummilli Liderin həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən Humay Aslanova,  hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib.
 Mövzu ətrafında çıxış edənlər bildirblər ki, zaman keçdikcə Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədiləşdirilməsi naminə xalqımız və millətimiz qarşısında əvəzsiz xidmətləri daha aydın görünür. Belə ki, Dahi Şəxsiyyət Heydər Əliyevin fəaliyyəti sayəsində 1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu, Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Ölkəmizin dünyaya layiqincə inteqrasiyası başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir. 
 Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət öz qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində indi müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü. Müzəffər Ali Baş Komandanımız atasının yolunu layiqincə davam etdirmiş, onun vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etmiş və ərazi bütövlüyümüzü tam təmin etmişdir. Bu qürur bütün Azərbaycan xalqının qürurudur. Bu xidmətinə görə Azərbaycan Xalqı öz Liderinə minnətdardır. 
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Şəxsiyyət" filmi nümayiş etdirilib və təşkil olunmuş sərgilərə baxış keçirilib