Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Kitabxanamızın təmannasız yardımçıları” adlı görüş keçirilib

05.12.2025

5 dekabr 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası Beynəlxalq Könüllülər Günü ilə əlaqədar olaraq “Kitabxanamızın təmannasız yardımçıları” adlı görüş keçirib. Könüllülərlə söhbət zamanı bildirilib ki, Azərbaycanda Könüllülər hərəkatı Prezident İlham Əliyevin xeyir-duası ilə 2012-cı il dekabrın 29-da açılan 1 saylı Bakı “Asan xidmət” mərkəzində görüş zamanından başlayıb. Qeyri hökumət və beynəlxalq təşkilatlarda könüllü kimi çalışan yüzlərlə azərbaycanlı gənc bu gün müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir. Könüllülük hərəkatı həyatımızın hər sahəsində, xüsusi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şərəflə döyüşlərdə fəal iştirakı ilə özünü təsdiq etmişdir. İndi həyatımızın bir çox sahələrində öz xeyirxahlıq missiyaları ilə təmannasız və həvəslə iştirak edən könüllülər dəstəsi kitabxanalarımızda fəallıq göstərirlər. 
Gənc könüllü kitabxanaçılar gün ərzində Oxuculara xidmət şöbəsinin abonoment bölməsində yeni oxucuları kitabxanaya üzv yazıb, istəklərinə uyğun kitab seçməklə köməklik göstəriblər. Eyni zamanda sistemli əlifba kataloqu ilə yaxından tanış olaraq kitabların fondda sahələr üzrə düzülüşü və virtual oxuculara xidmət etməkdə yaxından iştirak ediblər.
Kitabxana əməkdaşları bu xeyirxahlıq missiyalarına görə gənc könüllülərə minnətdarlıqlarını bildiriblər.