04.12.2025
04.12.2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəmkir rayon mədəniyyət müəssisələrinin əməkdaşları Tarix Diyarşünaslıq Muzeyində “Şuşa – Sən Azadsan” sənədli filminin nümayişində işirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Daha sonra Şəmkir rayon Mərkəzi Kitabxanasının əməkdaşı 44 günlük Vətən müharibəsi, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib.
Filmin nümayişinin məqsədi Şuşanın azadlığı uğrunda gedən mübarizə yolunu, qəhrəmanlıq tariximizi xatırlatmaq və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək olub.