Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Şuşa, sən azadsan!” filmi nümayiş olunub

05.12.2025

Qazaxda "Şuşa, sən azadsan!" filmi nümayiş olunub

05 dekabr 2025-ci il tarixində Qazax  rayon Mədəniyyət  Mərkəzində "Şuşa, sən azadsan!" sənədli filmi nümayiş olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra  müasir hərb tarixinin ən parlaq səhifələrindən olan “Şuşa əməliyyatı”dan bəhs edən,  Azərbaycanın rəşadətli Ordusunun, əsgər və zabitlərinin qəhrəmanlıq yoluna həsr olunmuş film izlənilib.    
 Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur döyüşçülərin  müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş real kadrlar yer alıb.
Tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu film qələbə qazanan  xalqımızın milli qürur mənbəyi olaraq əbədi yaşayacaq və gələcək nəsillərə Vətən sevgisi, dövlətə sədaqət və qəhrəmanlıq nümunəsi kimi ötürüləcək. 
Film yalnız hərbi əməliyyatın gedişatını deyil, eyni zamanda xalqımızın azadlıq iradəsini, milli qürurunu və mədəniyyətimizin Şuşaya qayıdışını əks etdirir.
İştirakçılar Azərbaycanın qəhrəmanlıq tarixini və Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış Zəfəri əks etdirən filmə yüksək diqqət göstərərək şəhid və qazilərin fədakarlığını ehtiramla yad ediblər.