Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Baramadan İpəyə: Mədəni irsimiz” adlı görüş təşkil edilib

04.12.2025

Qazaxda Baramaçılığın inkişafı məqsədi ilə kümçülərlə görüş  keçirildi.

04 dekabr 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin akt zalında  “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icracı ilə əlaqədar kümçülərlə “Baramadan İpəyə: Mədəni irsimiz” adlı görüş təşkil edilib.
Görüşdə Qazax rayonunun baramaçılıq sahəsində çalışan bir qrup kümçüləri, mədəniyyət işçiləri iştirak ediblər. 
Görüşü mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova açaraq Dövlət Proqramının mahiyyətindən, kənd təsərrüfatının inkişafına, xüsusilə də ənənəvi baramaçılıq sahəsinə göstərilən dövlət dəstəyindən danışıb.
Uzun illər kənd təsərrüfatının müxtəlif sahələrində çalışan, hazırda isə baramaçılıqla məşğul olan Yuxarı Salahlı kəndindən olan bu sahədə xüsusilə fərqlənən Abdulla Məmmədov çıxış edərək bildirib ki, əsrlər boyu baramaçılıq və ipəkçilik Azərbaycanın  kənd təsərrüfatının və sənətkarlığının mühüm sahələrindən olub. Son illərdə  həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu sahəyə maraq artıb, rayonumuzda baramaçılıq sürətlə inkişaf etməyə başlayıb. Bu da kümçülərin zəhmətinin və baramaçılığa göstərilən dövlət dəstəyinin real nəticəsidir. A.Məmmədov baramanın istehsalından, becərilməsindən və  ərsəyə gələnə qədər keçdiyi inkişaf yolundan görüş iştirakçılarına ətraflı məlumatlar verib. 
Görüşdə iştirak edən  kümçülərdən Aşağı Salahlı kəndindən Məzahir Hüseynov, Aslanbəyli kəndindən  Zülfiyyə Abdurrəhmanova, Hüseynbəyli kəndindən Cavad Süleymanov, Çaylı kəndindən Səlminaz Musayeva, Əminə Hüseynova, Kosalar kəndindən Mənşurə Mehtixanova çıxışlarında bildiriblər ki, bu sahə çox maraqlı, eyni zamanda böyük zəhmət və diqqət tələb edən bir sahədir. Bu zəhmətin nəticəsində yüksək keyfiyyətli Azərbaycan ipəyi alınır. İpəkçilk təkcə gəlir gətirmir, həm də sənətkarlığın inkişafında və yaşadılmasında böyük əhəmiyyət daşıyır. Onlar baramaçılığın iqtisadi əhəmiyyəti ilə yanaşı, kənd yerlərində məşğulluğun artırılması baxımından da bu sahənin  önəmini vurğulayıblar. 
Görüşün sonunda kümçülər onlara göstərilən diqqətə görə mədəniyyət işçilərinə təşəkkürlərini bildirib, növbəti illərdə daha yüksək nəticələr əldə etmək üçün səylə çalışacaqlarını qeyd ediblər.