04.12.2025
04 dekabr 2025 - ci il tarixində Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə "Şuşa sən azadsan" filmi nümayiş olundu.
Tədbirdə mədəniyyət işçilərilə yanaşı rayon məktəbliləri də iştirak edirdilər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Azərbaycanın rəşadətli Ordusunun, əsgər və zabitlərinin qəhrəmanlıq yoluna həsr olunmuş film izlənildi.
Qeyd edək ki, “Şuşa, sən azadsan!” filmi müasir hərb tarixinin ən parlaq səhifələrindən olan “Şuşa əməliyyatı”nı özündə əks etdirir. Filmdə “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə məhhəbət və vətənpərvərlik hissinin gücləndirilməsi idi.
Tədbir zamanı “Şuşa, sən azadsan!” filmi auditoriya tərəfindən böyük maraqla qarşılandı. İştirakçılar Azərbaycanın qəhrəmanlıq tarixini və Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış Zəfəri əks etdirən filmə yüksək diqqət göstərərək şəhid və qazilərin fədakarlığını ehtiramla yad etdilər.