03.12.2025
Qazaxda “Hadrut, sən azadsan” sənədli filmi nümayiş olunub.
03 dekabr 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin böyük zalında Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı və iştirakı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və Suverenliyinin bərpası ilə bağlı “Hadrut, sən azadsan” sənədli filmli nümayiş olunub.
Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Filmdə nümayiş olunan Hadrut şəhərinin düşmən işğalından azad olunması əməliyyatları, real döyüş kadrları, əməliyyatda iştirak edən döyüşçülərin müsahibələri filmi izləyənlərin böyük marağına səbəb olub. Eyni zamanda bu film gələcək nəsil üçün tarixi yaddaş nümunəsidir.