01.12.2025
01 dekabr 2025 - ci il tarixində Qazax - Tovuz Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Mülki müdafiə işinin təşkili" mövzusunda tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi idi. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Tədbirdə çıxış edənlər bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.