28.11.2025
28.11.2025-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gədəbəy Heydər Əliyev Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Gədəbəy Gənclər və İdman Sektorunun, Gədəbəy Peşə Liseyinin tələbələrinin iştirakı ilə "Gənclərin sahibkarlığa təşviqi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə KOB Dostu Amil Əsgərov çıxış edərək gənclərə sahibkarlıq fəaliyyətinə başlama prosesləri, mövcud dövlət dəstəyi mexanizmləri və biznesin planlaşdırılması barədə ətraflı məlumat təqdim edib. O, hazırladığı slayd təqdimatı vasitəsilə KOBİA-nın xidmətləri, startaplara istiqamət verilmesi, təlim və məsləhət imkanları, həmçinin gənclər üçün mövcud güzəşt və proqramlar haqqında geniş izahlar verib.
Gənclərin suallarını cavablandıran Amil Əsgərov sahibkarlıq sahəsində ilk addımların atılması üçün vacib olan praktiki məqamları vurğulayıb və onları innovativ düşünməyə, aktiv təşəbbüskarlığa səsləyib. Tədbir interaktiv müzakirələrlə davam edib və iştirakçılar üçün faydalı maarifləndirici platforma rolunu oynayıb.