Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində “Kəlağayı Günü” münasibətilə tədbir keçirilib

26.11.2025

Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində “Kəlağayı Günü” münasibətilə tədbir keçirilib

26 noyabr 2025-ci il tarixində Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyində “Kəlağayı Tariximiz, Mədəniyyətimiz, Yaraşığımızdır” adlı tədbir təşkil olunub. Şəmkir rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanın qədim kəlağayı sənətini təbliğ etmək və gənc nəslin milli-mədəni dəyərlərə marağını artırmaq olub.

Tədbir muzeyin direktoru tərəfindən giriş sözü ilə açılıb. Direktor kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi, onun Azərbaycan qadınının zəriflik, saflıq və mənəviyyat rəmzi kimi qiymətləndirilməsi haqqında məlumat verib. Qeyd olunub ki, kəlağayı təkcə geyim elementi deyil, əsrlər boyu formalaşmış sənətkarlıq ənənələrinin yaşadılmasına xidmət edən mühüm milli irs nümunəsidir.

Daha sonra tədbir Şəmkir rayon Mədəniyyət Mərkəzinin, Musiqi məktəbinin və M.Füzuli adına məktəb-liseyin şagird və müəllim heyətinin çıxışları ilə davam edib. Səhnə proqramında kəlağayı mövzusunda  musiqi nömrələri və şeirlər səsləndirilib. Konsert proqramı tədbir iştirakçılarına milli irsimiz olan kəlağayı sənətinin gözəlliyini və dərin mənəvi dəyərini bir daha yaşadıb.

Sonda vurğulanıb ki, Şəmkir rayon Tarix-Diyarşünaslıq Muzeyi milli mədəniyyətimizin təbliğinə yönəlmiş bu kimi tədbirləri gələcəkdə də davam etdirməyi planlaşdırır.