25.11.2025
25 noyabr 2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Kəlbəcər şəhəri günü münasibətilə tədbir keçirildi. Tədbirdə Kəlbəcərin tarixi, mədəniyyəti, Qarabağ zəfərindən sonra rayonun yenidən bərpası və strateji əhəmiyyəti haqqında geniş məlumatlar verildi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin əməkdaşı Zamiq Söyünov açaraq Kəlbəcər şəhəri gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışdı. Daha sonra mərkəzin əməkdaşı Günel Məmmədova və MKS-in əməkdaşı Şöhrət Usubova çıxış edərək Kəlbəcərin təbiəti, folkloru, qəhrəmanlıq tarixi və işğaldan azad edilməsinin ölkəmiz üçün doğurduğu böyük qürur hissindən bəhs etdilər.