18.11.2025
18 noyabr 2025-ci ildə 20 oktyabr -20 noyabr "Uşaq hüquqları aylığı" ilə əlaqədar Tovuz rayon Aşıq H.Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət muzeyində Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Mənim hansı hüquqlarım var?” mövzusunda tədbir keçirilib.Tədbirdə çıxışlar zamanı ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışılıb, şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah edilib.