Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Uşaqların internetdən təhlükəsiz istifadəsi” mövzusunda tədbir keçirilib

18.11.2025

18 noyabr 2025-ci il tarixdə Qazax rayon MKS-nin Oxuculara xidmət  və Uşaq şöbəsi “Uşaqların internetdən təhlükəsiz istifadəsi” mövzusunda şagirdlər arasında  maarifləndirici tədbir təşkil ediblər.  
Mövzu ətrafında çıxış edən Uşaq şöbəsinin şöbə müdiri v.m.i.e. Lalə Sadıqova internetin uşaq psixologiyasına, sağlamlığına mənfi təsirlərindən danışıb. Bu dövrdə internet həyatımızın ayrılmaz hisssəsinə çevrilib. Bu texnologiya uşaqların təhsilinə, dünyagörüşünə və yaradıcılığına müsbət təsir göstərsə də eyni zamanda müəyyən risklər yaradır. Onların sağlam, savadlı və əxlaqlı böyüməsi üçün həm ailə, həm məktəb, həm cəmiyyət olaraq birlikdə çalışmalı olduğumuzu qeyd edib. Biz kitabxana əməkdaşları olaraq bilik, maarif və düzgün tərbiyənin kitablarda olduğunu hər zaman vurğulayırıq. Kitabxanalar təkcə kitab oxumaq yeri deyil, uşaqların düzgün formalaşması, sağlam düşüncəli yetişməsi üçün bir məktəbdir. 
Sonra “Uşaqların internetdən təhlükəsiz istifadəsi” mövzusunda videoçarx uşaqlara nümayiş etdirilib.