19.11.2025
19 noyabr 2025-ci il tarixində Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası və Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”na əsasən Qıraq Kəsəmən kənd orta məktəbindən dəvət olunmuş 5A sinfinin iştirakı ilə “Övladılarımızı zərəli informasiyadan qoruyaq” mövzusu ətrafında geniş diskusiya aparıldı. Diskusiya zamanı Qıraq Kəsəmən kənd orta məktəbinin müəlliməsi Yaqut xanım məktəblilərlə ətraflı söhbət edərək onları həm hüquqları, həm də vəzifələri haqda geniş məlumatlandırdı.
Mərkəzi kitabxananın əməkdaşları tərəfindən informasiyaya, yeni texnologiyalara, internetə aid olan kitablardan təşkil edilmiş “Övladılarımızı zərəli informasiyadan qoruyaq” başlıqlı sərgi ətrafında Ağstafa rayon MKS-in Mərkəzi kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Aynur Aşırova çıxış edərək bildirdi ki, nformasiya məhsulu dedikdə, ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, mətbu nəşrlər, çap materialları, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər məlumatlar nəzərdə tutulur.
Zərəli informasiyalar uşaqlar üçün nəzərdə tutulmayan, onların fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə mənəvi, psixi, fiziki və ya sosial inkişanda pozuntu yaranmasına səbəb olan informasiyalardır.