12.11.2025
Ağstafada Konstitusiya Günü qeyd olunub
Noyabrın 12-də “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsində Ağstafa rayonu üzrə gənclər və idman sektoru “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin və Hüseyn Arif Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və onun mütərəqqi əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Ağstafa rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Hikmət İsmayılov, "Ağstafa Gənclər evi" sosial xidmət müəssisəsinin dərnək rəhbərləri Tünzalə Namazova və Firəngiz İsmayılova, Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin direktoru Rövşanə Mahmudova çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin əhəmiyyəti, onun dövlətçiliyimizin möhkəmlənməsində və vətəndaş cəmiyyətinin formalaşmasında rolu barədə ətraflı məlumat verilib.