12.11.2025
12 noyabr 2025-ci il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 12 noyabr Konstitusiya Günü münasibətilə "Konsitutsiya- Dövlətimizin Bünövrəsi" adlı tədbir keçirilib. Tədbir Qazax 2 saylı Diyarşünaslıq Klubunun və Qazax şəhər 2 nömrəli Kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilib.Tədbiri giriş sözü ilə açan muzeyin kiçik elmi işçisi Qəribova Esmira bildirib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Daha sonra Muzeyin fond muhafizi Ülviyyə Məşədiyeva, Qazax şəhər 2 nömrəli Kitabxana filialının filial müdiri Hüseynova Sevda və Qazax şəhər 2 saylı Diyarşünaslıq Klubunun metodisti Nagıyeva Xanım çıxış edərək qeyd edibilər ki, 12 Noyabr – Konstitusiya Günü müstəqil Azərbaycanın tarixində mühüm əhəmiyyətə malik bir gündür. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi, iqtisadi və ictimai həyatının əsaslarını müəyyənləşdirən ali hüquqi sənəddir. Onlar vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd, xalqın iradəsini, azadlığını və müstəqilliyini əks etdirir.
Əməkdaşların çıxışında qeyd olunub ki, bu gün Konstitusiyamızın prinsipləri ölkəmizin inkişafına, vətəndaşların rifahına və dövlətin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.
Sonda əməkdaşlar bildiriblər ki, hər bir azərbaycanlı Konstitusiyanı uca tutmalı, onun prinsiplərinə sadiq qalmalı və bu dəyərləri gələcək nəsillərə ötürməlidir.