Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyi ”Milli Konstitusiyamız-30” adlı tədbir keçirib

12.11.2025

12.11.2025-ci il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları  12 Noyabr -Konstitusiya Günü münasibətilə S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə birinci sinif şagirdlərinin iştirakı ilə "Milli Konstitusiyamız- 30"adlı tədbir keçirib. Tədbir Dövlət Himnimizin səslənməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keşmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Muzeyin bələdçisi Arzu Əliyeva körpə balalarımıza bu günün yaranması və tarixi əhəmiyyəti haqqında ətraflı məlumatlar verib.