Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “12 Noyabr – Konstitusiya Günü”  adlı tədbir təşkil edib

12.11.2025

12.11.2025-ci il tarixdə Şəmkir rayon Mərkəzi Kitabxanası və Əhməd Cavad adına Mədəniyyət  Mərkəzinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə “12 Noyabr – Konstitusiya Günü”  adlı tədbir təşkil edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabxananın əməkdaşı Nərgiz Rzayeva çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Dövlətlər yarandıqca, inkişaf etdikcə müstəqil konstitusiyaların yaradılmasına və qəbul edilməsinə ehtiyac olub. Müstəqillik əldə edənə kimi, yəni SSRİ-nin tərkibində olan zaman Azərbaycanın 1921, 1925, 1936 və 1978-ci illərdə konstitusiyaları qəbul edilib. Lakin bu konstitusiyaların heç biri Azərbaycanın müstəqilliyini ifadə etmirdi.Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlayaraq Azərbaycanın inkişafı, müstəqilliyinin daimi olması, vətəndaş cəmiyyətinin, demokratik, hüquqi və dünyəvi dövlətin bərqərar olması üçün çalışırdı: “Konstitusiya layihəsi xalqın müzakirəsinə təqdim olundu və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.Konstitusiyamıza növbəti dəyişikliklərin təşəbbüskarı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı dahi şəxsiyyət Heydər Əliyevin strategiyasını uğurla davam etdirərək Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasında layiqli yerini tutması, dünyaya inteqrasiya etməsi üçün zəruri addımlar atıb, islahatlar aparıb. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzaladı”.Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan böyük zəfər də Konstitusiyamızın tələblərinin yerinə yetirilməsinin mənəvi nəticəsidir. Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 30-u ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.
        Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda mövzu ilə əlaqədar videoçarx izlənilib, “12 Noyabr – Konstitusiya Günü” adlı kitab sərgisinə baxış keçirilib.