12.11.2025
12 noyabr 2025- ci il tarixində Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Tovuz rayon Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitutsiya Günü ilə bağlı "Bərqərar qanunlarımız" adlı tədbir Tovuz rayon Tarix - Diyarşünaslıq Muzeyində təşkil olunub. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, ilk Konstitutsiya milli dövlətçilik tarixində 1996- cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12- si Konstitutsiya Günü kimi qeyd edilməyə başlandı. Konstitutsiya 24 avqust 2002- ci il, 18 mart 2009- cu il və 26 sentyabr 2016- cı il tarixlərində referendum yolu ilə əlavə dəyişiklik edilib.Yeni Konstitutsiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Tədbir bədii hissə ilə davam etdirilib.