Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada  ”Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib

12.11.2025

12 noyabr 2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağstafa rayon Mədəniyyət Mərkəzinin, Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ağstafa rayon Tarix Diyarşunaslıq Muzeyinin  birgə  təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Konstitusiya və Suverenlik” ili çərçivəsində  "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" mövzusunda tədbir keçirildi. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əziz canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər Umummilli  Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən söhbət açaraq, Heydər Əliyevin istər sovetlər dönəmində , istərsə də sonrakı dövrlərdə Azərbaycanın rifahı naminə əlindən gələni  əsirgəmədiyini xüsusi olaraq bildirdilər. Çıxışlarda o cümlədən qeyd olundu  ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində  qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Həmçinin qalib xalqımızın beş ildir ki, bütün əlamətdar günləri sevinc və qürurla  hissi ilə qeyd olunduğu bildirildi.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdığı xüsusi olaraq qeyd olundu.