07.11.2025
07 noyabr 2025- ci il tarixində "Zəfər günü"- ilə əlaqədar olaraq Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyinə R.İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəb və N.Tusi adına təbiət və texniki təmayüllü lisey məktəblilərinin ekskursiyaları təşkil olundu. Ekskursiyanın əsas məqsədi şagirdlərin Vətənimizin tarixi irsi, azadlıq mübarizəsi və milli dəyərlərimiz haqqında daha dolğun məlumat əldə etməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək idi.