Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində “Uşaqların zəngin maraq dairəsi” adlı tədbir keçirilib

28.10.2025

Oktyabrın 28-də Qazax rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2025-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqların zəngin maraq dairəsi” mövzusunda maarifləndirici saat təşkil edilib. Tədbirdə Qazax şəhəri İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Azərbaycanda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətimizin sosial siyasətinin əsasıdır. Dövlət uşaq siyasətinin əsasını isə başlıca olaraq onların keyfiyyətli təhsil, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyümələri təşkil edir. Bu məqsədlə Qazax Rayon Heydər Əliyev Mərkəzində bu istiqamətdə mütəmadi tədbirlər təşkil edilir, gələcək nəslin öz keşmişinə, tarixinə, tarixi şəxsiyyətlərinə hörmət hissi aşılanır. Bugünkü tədbirdə də ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətini özündə əks etdirən muzeyin ekskursiyası təşkil olunub. Ekskursiya zamanı uşaqlara Ulu öndərin ibrətamiz həyatı və xalqının rifahı, Vətəninin müstəqilliyinə, müstəqilliyinin əbədi, dönməz və sarsılmazlığına həsr etdiyi siyasi fəaliyyəti, dahi şəxsiyyətin Qazax rayonuna tarixi səfərləri haqqında geniş məlumat verilib, fotoşəkillərdə əbədiləşən mənalı ömür yoluna nəzər salınıb. Sonra uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mərkəzin kitabxanasında oxu saatı keçirilib. Mərkəzin baş fond mühafizi Səidə Qocayeva “Azərbaycan Respublikasının Uşaqlara dair 2020- 2030- cu illər üçün Strategiyası”nın mahiyyəti, necə təmin edilməsi haqqında danışıb və bildirib ki, bu gün uşaqların xüsusi istedadlarının üzə çıxarılması, onların sağlam həyat tərzi, fiziki inkişafları, zərərli vərdişlərdən qorunmaları, erkən nigah və erkən əməkdən uzaq tutulmaları, asudə vaxtlarının səmərəli təşkili bilvasitə bizim üzərimizə düşən vəzifələrdəndir. Uşaqların xoşbəxt gələcəyini təmin etmək istiqamətində dövlətimizin apardığı siyasət və Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Sonra şagirdlərə kitabxana fondundakı klassik əsərlər, yeni nəşrlər, elektron kitablar haqqında məlumatlar verilib, onlara öz maraq dairələrinə uyğun kitablar təqdim olunub. Planetariumda Günəş sistemi, qalaktikalar, göy cisimləri, ulduzlar, planetlər, bürclər haqqında filmlər nümayiş etdirilərək geniş maarifləndirici bilgilər verilib, şagirdlərin sualları cavablandırılıb. Heydər Əliyev Fondunun istehsalı olan uşaqlara göstərilən dövlət qayğısından bəhs edən, dövlət uşaq siyasətinə həsr edilmiş filmin nümayişi ilə tədbir sona çatıb.