23.10.2025
23 Oktyabr 2025-ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa rayon Tarix Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı, rayon gənclərinin iştirakı ilə "Narkomaniyasız Cəmiyyət" başlığı altında maarifləndirici tədbir keçirildi. Tədbirdə muzey əməkdaşları narkotik vasitələrdən və onun yaratdığı fəsadları əks etdirən məruzələrlə çıxış etdilər. Tədbirdə iştirak edən yeniyetmə və gənclərə müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun gətirdiyi faciələr barədə tövsiyyələr verildi.Bir daha vurğulandı ki, siz gənclər Azərbaycanın gələcəyisiniz.