20.10.2025
20 oktyabr 2025- ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzin və MKS-nin birgə təşkilatçılığı ilə 20 oktyabr Zəngilanın şəhər gününün təsis edilməsi ilə bağlı "Heydər Əliyev İdeyalarının Zəfəri" mövzusunda dəyirmi masa təşkil edilib.
Çıxış edənlər bildirib ki, möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin 24-cü günü 2020-ci il oktyabrın 20-si tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaldıb.Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 20 oktyabr -Zəngilan şəhəri günü kimi qeyd olunur.
Ölkə Prezidentinin Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı təsis edilib və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular bu medalla təltif olunub.
İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Zəngilan da geniş miqyaslı bərpa quruculuq işlərinin məkanına çevrilib.2022-ci il iyul ayında Zəngilanın Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb.Ağalıda sakinlər üçün müasir, yeni evlər inşa olunub.Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi də yaradılıb.Burada "Smart Dost" məntəqəsi də fəaliyyət göstərir deyə söylədilər.